Tramp: "Münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir"
Tramp: "Münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir"
"Ukraynadakı münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir".
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin münaqişəyə son qoymağa hazırdır.
"Rusiya lideri razılaşma əldə etməyə hazırdır. Düşünürəm ki, Ukrayna tərəfi münaqişənin həllinə hazır deyil", - deyə Tramp bildirib.
Agentliyin jurnalistləri Trampdan ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərinin niyə indiyə qədər uğursuz olduğunu soruşublar.
Tramp cavabında münaqişənin davam etməsində Ukrayna Prezidenti Volodimir Zelenskinin günahkar olduğunu bəyan edib.
ABŞ lideri xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya planlaşdırıldığı iddia edilən səfəri barədə heç bir məlumata malik olmadığını da bildirib.
"Bloomberg" nəşri Uitkoff və Kuşnerin Rusiya paytaxtına potensial səfəri barədə məlumat vermişdi.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək