Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"
Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"
Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib".
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yumoristik bir şəkil paylaşaraq özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.
Şəkil Trampın "Vikipediya" tərcümeyi-halının ekran görüntüsünə bənzəyəcək şəkildə təqdim edilib. Onun ABŞ-nin 45-ci və 47-ci prezidentləri kimi titulları sadalanmaqla yanaşı, Tramp 2026-cı ilin yanvar ayından etibarən Venesuelanın müvəqqəti prezidenti kimi də qeyd edilir.
Yanvarın əvvəlində Venesuela Ali Məhkəməsi Delsi Rodrigesi ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.
Lakin Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib ki, qurum Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesin legitimliyini tanımır.
Öz növbəsində Delsi Rodriges də ABŞ prezidentini mübahisəli məsələləri diplomatik yolla həll etməyə çağırıb.







Oxşar -Yeniinfo.az
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Ukrayna Rusiya limanlarına zərbə endirdi
ABŞ-İran danışıqlarının əsas mövzuları
Hörmüz boğazına kim nəzarət edir?
Hörmüz boğazında rüsum tətbiq ediləcəkmi? - Tramp
Vens də İsveçrəyə getdi
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Ukrayna ordusu Belarusa hücum edə bilər - Polkovnik