Tramp: Putin və Si Cinpinin ABŞ-da keçiriləcək G20 sammitində iştirakına şad olaram
Tramp: Putin və Si Cinpinin ABŞ-da keçiriləcək G20 sammitində iştirakına şad olaram
ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitində iştirakını şad olacağını, Moskva və Pekinin maraq göstərəcəyi təqdirdə bu məsələni müzakirə etməyə hazır olduğunu bildirib.
Tramp bu haqda Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.
"Bu, maraqlı sualdır. İştirak etmək istəsələr, onların orada olmasına şad olardım. Onlar müşahidəçi kimi gələ bilərdilər. Onların müşahidəçi olmaq istəyəcəklərinə əmin deyiləm. Amma istəsələr, biz bunu mütləq müzakirə edə bilərik", - Tramp bildirib.
Qeyd eədk ki, G20 sammiti təxminən 20 ildən sonra ilk dəfə ABŞ-da keçiriləcək və ölkənin müstəqilliyinin 250-ci ildönümünə təsadüf edəcək. Tədbirin keçiriləcəyi məkan isə Florida ştatının, Mayami şəhəridir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...