Tramp Putinin Ukrayna məsələsində güzəştə gedəcəyini bildirib
Tramp Putinin Ukrayna məsələsində güzəştə gedəcəyini bildirib
Rusiya prezidenti Vladimir Putin Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona gedərkən "Air Force 1" təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün bütün tərəflər güzəştə getməlidir və bu prosesdə Avropa da iştirak etməlidir, çünki bu qoca qitə üçün daha böyük əhəmiyyət kəsb edir.
"Prezident Putinin razılaşmaya hazır olmadığı dövrlər olub, Ukrayna Prezidenti Volodimir Zelenskinin hazır olmadığı dövrlər də olub – bu anlar üst-üstə düşməyib. Hazırda, mənim fikrimcə, hər iki tərəf danışıqlara hazırdır", – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Davosdakı görüşdə Ukrayna lideri razılaşma imzalamağa hazır olduğunu bildirib: "Əvvəllər mənim buna tam əminliyim yox idi".
Qeyd edək ki, hazırda Moskvada Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında görüş keçirilir.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi