Tramp Tokayevlə "əla söhbət"dən sonra Qazaxıstana səfər edə biləcəyini deyib
Tramp Tokayevlə "əla söhbət"dən sonra Qazaxıstana səfər edə biləcəyini deyib
Amerika Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib və bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə "əla söhbət" etdiyini bildirib.
Amerika lideri bu barədə Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Çempionatının finalına gedəndə Ağ Ev çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Mən bunu edə bilərəm", – ABŞ Prezidenti Qazaxıstana səfər edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. "Onunla əla söhbətim oldu", – Tramp Tokayev barədə danışarkən əlavə edib. "Ona salamlarımı çatdırın. O, əla insandır", – Amerika lideri vurğulayıb.
Xatırladaq ki, Qazaxıstanın Baş nazirinin müavini – milli iqtisadiyyat naziri Serik Jumanqarin bu ayın əvvəlində bildirib ki, ABŞ ilə ticarət-iqtisadi əlaqələrin inkişafı respublikanın xarici siyasətində prioritet istiqamətdir. Onun sözlərinə görə, Astana ticarət dövriyyəsinin artırılması üçün potensial görür.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...