Tramp Türkiyəyə yola düşdü
Tramp Türkiyəyə yola düşdü
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Yeni info.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Ağ Ev lideri jurnalistlərə açıqlamasında bu səfərin yeganə səbəbkarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.
“Mən Ərdoğana görə gedirəm” deyən Tramp, Türkiyə liderini dost və hörmətli lider adlandırıb, eyni zamanda iki ölkənin müdafiə sahəsində əməkdaşlığı genişləndirə biləcəyinə işarə edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə Trampı “Air Force One” təyyarəsində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, hərb naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavinləri Den Skavino və Stiven Miller, Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq müşayiət edir.
Bildirilib ki, Tramp və Ərdoğan arasında ikitərəfli məsələlərin müzakirə olunacağı görüş baş tutacaq.
Türkiyə Prezident Administrasiyasının İletişim sədri Burhanəddin Duranın verdiyi bəyanata görə, danışıqlar zamanı Ankara-Vaşinqton əlaqələri müdafiə, ticarət və investisiya da daxil olmaqla bütün istiqamətlərdə nəzərdən keçiriləcək. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Çərşənbə axşamı Ankarada işinə başlayacaq NATO sammitində təhlükəsizlik və regional münaqişələrin əsas müzakirə mövzusu olacağı, Trampın isə dünya liderləri ilə görüşəcəyi gözlənilir.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski