Tramp Ukrayna ilə bağlı razılaşma üçün qəti vaxt limitinin olmadığını deyib
Tramp Ukrayna ilə bağlı razılaşma üçün qəti vaxt limitinin olmadığını deyib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna müharibəsinin həlli üzrə sazişin bağlanması üçün qəti vaxt limiti mövcud deyil.
Amerika lideri bunu Florida ştatına uçuş zamanı təyyarədə jurnalistlərə bildirib. Söhbətin audioyazısını Ağ Evin mətbuat xidməti yayıb.
"Bilirsiniz, mənim üçün son tarix nədir? Bu (müharibə – red.) bitəndə", – deyə o, ABŞ-nin sülh planının şərtlərinin 27 noyabra qədər razılaşdırılması barədə əvvəlki açıqlamasına dair jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, Vaşinqtonun Avropadakı müttəfiqləri Kiyevə təhlükəsizlik zəmanətlərinin təmin edilməsində fəal rol oynayacaqlar.
"Avropa bu işə əhəmiyyətli dərəcədə cəlb olunacaq. Biz bunun üzərində Avropa ilə işləyirik. Avropa çox istəyir ki, bütün bunlar sona çatsın", – deyə o, Ukrayna münaqişəsinin həlli zamanı təhlükəsizlik zəmanətlərinin necə razılaşdırılacağı barədə suala cavab verərkən bildirib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?