Telefon
WhatsApp
 Tramp Ukrayna və Rusiyaya qarşı sanksiya və rüsumlardan danışıb
300 X 250 Reklam Alanı

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra yeni açıqlamalar verib.

 

Xüsusilə o, təkcə Rusiyaya deyil, həm də Ukraynaya qarşı sanksiyalar və rüsumların tətbiqi imkanlarından danışıb.

 

"Zelenski də tamamilə günahsız deyil. Tanqoya iki nəfər lazımdır" deyən Tramp, hazırda Ukrayna prezidenti ilə yaxşı münasibətdə olduğunu bildirib.

 

"Hər həftə əsasən də gənclər olmaqla minlərlə insan ölür. Əgər sanksiyalar tətbiq etməklə və ya Rusiyaya, Ukraynaya və ya kiməsə baha başa gələcək çox böyük rüsumlardan istifadə etməklə bunun qarşısını ala bilsəm bu, yeddi müharibəni dayandırdım deməkdir", - Tramp deyib.

 

Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirməyə çalışacağını bildirib.

 

"Hər ikisini eyni anda bir araya gətirməliyəm. Amma bunun bitməsini istəyirəm. İqtisadi sanksiyalarımız var. Mən iqtisadi deyirəm, çünki biz dünya müharibəsinə girməyəcəyik", - Tramp vurğulayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150