Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyi gözlənilir.
Bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, tədbirin kuluarlarında onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş ehtimalı var.
Sammit Koreya Respublikasının sədrliyi ilə 31 oktyabr – 1 noyabr tarixlərində Kyoncu şəhərində keçiriləcək.
Qeyd edilir ki, Tramp və Si Cinpin arasında görüş imkanları müzakirə olunur, lakin hələlik konkret razılıq əldə olunmayıb.
Ağ Ev CNN-ə təsdiqləyib ki, ABŞ Prezidentinin Cənubi Koreyaya səfəri mümkündür. Səfərin əsas məqsədləri iqtisadi, ticarət və müdafiə əməkdaşlığı, eləcə də mülki energetika sahəsində tərəfdaşlıq məsələləri olacaq.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...