Telefon
WhatsApp
Trampın bu addımı Səudiyyəni qəzəbləndirdi: İcazə vermədi!
300 X 250 Reklam Alanı

Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazında gəmilərin tranzitinin təşkili məqsədilə planlaşdırdığı “Project Freedom” ("Azadlıq layihəsi") əməliyyatına dəstək göstərməkdən imtina edib.

Axar.az Yeni info.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "NBC Nyus" telekanalı ABŞ administrasiyasındakı mənbələrə dayanaraq məlumat yayıb.

Bildirilib ki, Vaşinqton əməliyyatla bağlı təşəbbüsü əvvəlcədən Ər-Riyada bildirmədiyi üçün Səudiyyə rəhbərliyi narazı qalıb.

Telekanalın iddiasına əsasən, ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında əməliyyatın başlanacağını elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və bu, Səudiyyə Ərəbistanının rəhbərliyini qəzəbləndirib.

Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ hərbi təyyarələrinin Şahzadə Sultan aviabazasından istifadə etməsinə icazə verməyəcəyini və ölkənin hava məkanının açılmayacağını bildirib.

NBC Nyus qeyd edir ki, Donald Trampla vəliəhd şahzadə Məhəmməd bin Salman arasında keçirilən telefon danışığı da vəziyyəti dəyişməyib. Bundan sonra ABŞ prezidenti əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Donald Tramp mayın 5-də ABŞ-nin Hörmüz boğazında tranzit əməliyyatını İranla mümkün razılaşma üzrə danışıqların nəticəsi məlum olana qədər dayandırdığını açıqlamışdı.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150