Telefon
WhatsApp
Trampın elçisi ilə kürəkəni Putinin qəbuluna gedirlər
300 X 250 Reklam Alanı

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar.

Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər bu ay baş tuta bilər.

Həmçinin qeyd olunur ki, Vladimir Putinlə mümkün görüşdə Stiv Uitkoff və Cared Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək və nizamlama planlarının layihələrini təqdim etmək niyyətindədirlər.

"Müzakirələr ABŞ və Avropanın Ukraynaya istənilən sülh müqaviləsinə riayət olunmasını təmin etmək üçün verəcəyi təhlükəsizlik zəmanətlərini, eləcə də ölkənin müharibədən sonrakı yenidən qurulmasını əhatə edəcək... Amerika rəsmiləri Putinə və onun komandasına son layihə planlarını təqdim edəcəklər", - agentlik qeyd edir.

Rusiya Prezidenti Vladimir Putin sonuncu dəfə Kremldə Stiv Uitkoff və Cared Kuşneri ötən ilin 2 dekabrına qəbul edib. ABŞ nümayəndələrinin Rusiyaya səfəri ABŞ-ın Ukrayna üçün sülh planının müzakirəsi ilə bağlı olub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150