Telefon
WhatsApp
Trampın İrana hücumu buna görə nəticəsiz oldu - Bolton
300 X 250 Reklam Alanı

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra öz tələsinə düşüb.

Axar.az Yeni info.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

O qeyd edib ki, Ağ Ev rəhbəri lazımi siyasi və diplomatik hazırlıq olmadan hərbi kampaniyaya başlayıb.

Onun sözlərinə görə, Tramp son həftələr ərzində özünə “qələbə” elan etməyə imkan verəcək bir razılaşma əldə etməyə çalışırdı, lakin eyni zamanda Barak Obama dövründəki İranın nüvə sazişinə bənzər müqavilənin bağlanmasından ehtiyat edirdi.

Bolton bildirib ki, zərbələr başlamazdan əvvəl ABŞ administrasiyası Amerika cəmiyyətinə niyə güc tətbiqinin İran rejiminin dəyişdirilməsi, nüvə təhdidinin aradan qaldırılması və ya Tehranın hərbi potensialının məhv edilməsi üçün vacib olduğunu izah etməyib.

O həmçinin iddia edib ki, Ağ Ev Konqres, NATO müttəfiqləri, Fars körfəzi ölkələri və Hind-Sakit okean regionundakı tərəfdaşlarla tammiqyaslı məsləhətləşmələr aparmayıb.

Bolton vurğulayıb ki, Vaşinqton öz hərəkətlərini İran müxalifəti ilə də koordinasiya etməyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150