Trampla Putin danışdı, İran müzakirə edildi
Trampla Putin danışdı, İran müzakirə edildi
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ-la İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.
Uşakovun sözlərinə görə, tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə etməyə diqqət yetiriblər.
"Təxminən bir saat davam edən söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub", - deyə Uşakov bildirib.
O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib, ABŞ-ın və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.
Uşakovun sözlərinə görə, Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və sülhə nail olmaqda maraqlı olduğunu bildirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi