Türk dövlətləri birliklərini daha da gücləndirməlidir - Səfir
Türk dövlətləri birliklərini daha da gücləndirməlidir - Səfir
“Bu gün Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”.
Bunu “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim-təcrübə proqramının açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, hər iki ölkə arasında dövlət qulluqçularının hazırlanması istiqamətində də səmərəli əməkdaşlıq qurulub:
“Bu gün burada Qazaxıstan ilə dövlət idarəçiləri və dövlət qulluqçuları üçün iki həftəlik kurslar başlayır. Hamınız dünyadakı vəziyyətin nə qədər çətin olduğunu görürsünüz. Vəziyyət çətin olmaqla bərabər, həm də mürəkkəbdir. Buna görə də qardaş ölkələrimiz olan türk dövlətləri bir yerdə olmalı, birliklərini daha da gücləndirməlidir”.
Səfir əlavə edib ki, bu kontekstdə dövlət idarəçilərinin və dövlət qulluqçularının xüsusi rolu var:
“Bu rol olduqca vacibdir. Elə buna görə də bu cür təhsil proqramlarının, kursların əhəmiyyəti çox yüksəkdir. Belə kursların təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edirik. Mən bilirəm ki, akademiyalarımız arasında, xüsusilə dövlət idarəçiliyi akademiyaları arasında çox sıx əlaqələr mövcuddur. Ümid edirəm ki, bundan sonra da bu münasibətlər daha da güclənəcək”, - deyə A.Bayel qeyd edib.







Oxşar -Yeniinfo.az
İranın raket ehtiyatları yerin altında toxunulmaz qalıb
İran Küveytin neft zavodu vurdu
İranda humanitar yardımla dolu konteynerlər vuruldu
Rusiya qırıcısı Krımda qəzaya uğradı
Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə göndərdi
İran ABŞ pilotunu əsir götürdü
BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır
ABŞ İranın BMT-dəki səfir müavinini ölkədən çıxardı