Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur
Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur
Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnundur.
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşə dair "X"də etdiyi paylaşımında bildirib.
Onun sözlərinə görə, Prezident Kompleksində baş tutan görüşdə ölkələr arasında ikitərəfli əlaqələr, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri müzakirə edilib:
"Biz regionda davamlı sülhə nail olmaq üçün bütün lazımi addımların atılmasının vacibliyini bir daha bəyan etdik. Eyni zamanda regional və qlobal məsələləri də müzakirə etdik. Biz Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnun olduğumuzu bildirdik".







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?