Türkiyə bu sahədə dünyaya dərs verib - Ərdoğan
Türkiyə bu sahədə dünyaya dərs verib - Ərdoğan
Türkiyədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına əməletmə səviyyəsi 90 faizə çatıb ki, bu da Avropa Şurasına üzv olan bir çox dövlətin analoji göstəricilərindən xeyli yüksəkdir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə deyib.
O, ölkəsinin insan hüquqları sahəsində dünyaya dərs verdiyini vurğulayıb:
“Türkiyəni sərt tənqid edən dairələr AİHM qərarlarının ümumiyyətlə icra olunmadığı bir çox digər dövlətdəki vəziyyəti açıq şəkildə görməzliyə vururlar”.
Suriyanı misal gətirən Türkiyə lideri qeyd edib ki, bu ölkədə 13 il yarım ərzində insan hüquqlarının kobud şəkildə pozulması halları davam edib, kimyəvi silahlardan istifadə olunub, işgəncələr geniş tətbiq edilib, insan hüquqlarına dair bütün məlum normalar tapdalanıb.
Prezident Ərdoğan əlavə edib ki, beynəlxalq ictimaiyyət bütün bunları yalnız seyr etməklə kifayətlənib.







Oxşar -Yeniinfo.az
ABŞ İrana qarşı qoşun yığır: 90 qırıcı, 110 raket, sulatı qayıq
Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
İranda azərbaycanlı həkim Pezeşkiana şikayətləndi: "Bizi incitməsinlər"
Çində avtomobillərin qiymətləri ilə bağlı yeni qaydalar tətbiq edildi
Tramp Ukrayna danışıqlarından imtina edə bilər - ABŞ-nin "payız imtahanı"
Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu deyib
Zelenski: Ukrayna pis müqaviləyə razılaşmaqdansa, mübarizəni davam etdirməyə üstünlük verir
ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib