Türkiyə görüşündən öncə İrandan kritik qərar - Danışıqlar üçün "yaşıl işıq" verildi?
Türkiyə görüşündən öncə İrandan kritik qərar - Danışıqlar üçün "yaşıl işıq" verildi?
İran-ABŞ münasibətlərində uzun müddətdir davam eden gərginlik fonunda Tehrandan gözlənilməz diplomatik siqnal gəlib.
Prezident Məsud Pezeşkian Vaşinqtonla mümkün danışıqların başlanması üçün rəsmi göstəriş verdiyini açıqlayıb.
Bu addım yalnız iki ölkə arasındakı münasibətlər üçün deyil, həm də regionun təhlükəsizlik arxitekturası üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Pezeşkian "X" platformasındakı paylaşımında bildirib ki, ABŞ prezidentinin danışıqlar təklifinə cavab olaraq xarici işlər nazirinə ədalətli və bərabər əsaslı dialoq üçün zəmin hazırlanması tapşırılıb.
O, xüsusi olaraq vurğulayıb ki, proses təhdidlərdən uzaq, qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində aparılmalıdır.
Bu, əslində Tehranın diplomatiyasının tonunda dəyişiklik deməkdir. Çünki son aylarda İran daha sərt ritorika ilə çıxış edirdi, indi isə Pezeşkian açıq şəkildə "danışıq qapısı bağlı deyil" mesajı verir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq