Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Yaxın vaxtlarda Ermənistan və Türkiyə nümayəndələrinin Gümrü-Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi məsələləri ilə bağlı dövlətlərarası görüşü keçiriləcək.
Bu barədə “Armenpress” ölkənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyana istinadən məlumat yayıb.
“Ən yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası və fəaliyyəti ilə bağlı dövlətlərarası görüş keçiriləcək. Görüşdən sonra ətraflı məlumat veriləcək”, — Ruben Rubinyan bildirib.
Xatırladaq ki, 2025-ci ilin 12 sentyabrında İrəvanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilib. Görüş nəticəsində tərəflər razılaşıblar ki, Ermənistan və Türkiyə aidiyyəti orqanları Gümrü-Qars dəmir yolunun və elektrik verilişi xəttinin bərpası və istifadəyə verilməsi üçün zəruri texniki araşdırmaları həyata keçirəcəklər.







Oxşar -Yeniinfo.az
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək
Azərbaycanın tranzitlə bağlı qərarına qarşılıq olaraq Ermənistan müvafiq addımlar atacaq
Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb
Paşinyan: Artıq 1 il 8 aydır Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər həlak olmayıb
Bakı və İrəvanla bağlı Putin zəng edib dedi ki, inanılmazdır