Türkiyə MİT-in başçısı Suriyada səfərdə olub, bir sıra görüşlər keçirib.
Türkiyə MİT-in başçısı Suriyada səfərdə olub, bir sıra görüşlər keçirib
Türkiyə Milli Kəşfiyyat Təhlükəsizlik Təşkilatının (MİT) başçısı İbrahim Kalın Suriya Prezidenti Əhməd Şaraa, xarici işlər naziri Əsəd Həsən Şibani və Təhlükəsizlik Təşkilatının başçısı Hüseyn əs-Selame ilə Suriyada görüşüb.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanaraq Türkiyənin, hər zaman Suriyanın yanında olacağından bəhs olunub.
Görüşdə başqa qruplar kimi PKK/YPG-nin terror təşkilatı da silahı buraxaraq yeni Suriyaya inteqrasiya olması, sərhəd təhlükəsizliyi və gömrük qapıları ilə İŞİD üzvlərinin olduğu həbsxanalar və düşərgələrin rəhbərliyə təhvil verilməsi məsələləri müzakirə edilib. Rəsmi Dəməşqin ehtiyac duyduğu zaman Türkiyənin hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.
Regional inkişaflar çərçivəsində İsrailin Suriyaya hücumları və hava pozuntuları ilə ölkəyə qarşı bütün sanksiyaların aradan qaldırılması məsələlərinin müzakirə edildiyi görüşdə İŞİD ilə mübarizə və suriyalı qaçqınların könüllü, təhlükəsiz şəkildə ölkələrinə geri dönüşü məsələləri də müzakirə olunub.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf