Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.
Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.
Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.
Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.
“Əgər genişmiqyaslı ümumi atəşkəs və sülh sazişi mümkün deyilsə, heç olmasa enerji obyektlərinin hədəf alınmaması və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı məhdud razılaşma əldə edək”, — deyə Türkiyə xarici işlər naziri bildirib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək