Telefon
WhatsApp
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
300 X 250 Reklam Alanı

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Körfəz ölkəsinə satıb.

Yeni info.az-a Modern.az xəbər verir ki, bu barədə hökumətyönlü "Hürriyet" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin köşə yazarı Əbdülkadir Selvinin sözlərinə görə, müqavilə 10 iyulda elan edilə bilər. O, tərəflərin son texniki və hüquqi məsələləri bir gün əvvəl həll etdiklərini iddia edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər potensial alıcılar kimi qeyd olunur, lakin bu məlumatın rəsmi təsdiqi hələlik yoxdur.

Türkiyə hakimiyyəti xəbərlə bağlı şərh verməyib.

Bir gün əvvəl "Hürriyet" qəzeti Ankaranın ABŞ-ın CAATSA sanksiyalarının ləğvi və ölkənin F-35 qırıcı təyyarə proqramına qaytarılmasına maneələri aradan qaldıracaq hüquqi həll yolu axtardığını bildirib. Müzakirə olunan variantlardan biri S-400 sistemlərini üçüncü ölkəyə satmaq idi.

"Oksijen" qəzeti də həmçinin BƏƏ-nin ən çox ehtimal olunan alıcı olduğunu yazıb. 7-8 iyul tarixlərində NATO sammitində ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın F-35 proqramına qayıdacağına ümid etdiyini bildirib. Tramp da öz növbəsində qeyd edib ki, bu məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.

Türkiyə 2017-ci ildə Rusiyadan dörd S-400 zenit-raket sistemi alıb. Müqavilənin dəyəri 2,5 milyard dollar idi. Bu razılaşmadan sonra Ankara ABŞ-ın F-35 proqramından kənarlaşdırılıb və Türkiyəyə qarşı CAATSA Qanunu çərçivəsində sanksiyalar tətbiq edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150