Türkiyədə quraqlıq: Sular altında qalan tarixi kənd 15 ildən sonra yenidən gün üzünə çıxdı
Türkiyədə quraqlıq: Sular altında qalan tarixi kənd 15 ildən sonra yenidən gün üzünə çıxdı
Türkiyənin Sivas şəhərinin Hafik rayonunda Pusat-Özen su anbarında suyun səviyyəsi quraqlıq səbəbindən kritik həddə düşüb. Buna görə təxminən 15 ildir anbarın suları altında qalan tarixi Pusat kəndi tamamilə gün üzünə çıxıb.
Bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 2006-cı ildə Pusat dərəsi və Madenköy çayı üzərində suvarma məqsədilə inşa edilən Pusat-Özen su anbarı 2008-ci ildə tam doluluq dərəcəsinə çatıb. Tarixi Pusat kəndi tamamilə su altında qalıb və təkcə məscidin minarəsinin üst hissəsi suyun səthində görünüb. İllərdir kəndlilər bu minarəyə baxaraq anbarda suyun səviyyəsini ölçüblər.
Sivası içməli su ilə təmin edən 4 Eylül su anbarı şəhərin içməli su ehtiyacını ödəyə bilməyəcək səviyyəyə çatdıqda, 2023-cü ildə 50 km boru xətti vasitəsilə Pusat-Özen anbarından 4 Eylül anbarına su nəqli həyata keçirilib. Bundan sonra Pusat-Özendə suyun səviyyəsi sürətlə aşağı düşüb və əvvəlcə minarənin eyvanları, sonra məscidin günbəzi, hazırda isə bütün tarixi kənd tam şəkildə üzə çıxıb.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf