Telefon
WhatsApp
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
300 X 250 Reklam Alanı

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Modern.az Yeni info.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib. 

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T.Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. 

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150