Telefon
WhatsApp
Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
300 X 250 Reklam Alanı

Tələbələr üçün ictimai nəqliyyatda güzəşt tətbiqi uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Artıq ödəniş sistemi ilə bağlı müxtəlif araşdırmalar aparılır və “Tələbə+” kartının metro, avtobus və digər xidmətlərdə istifadəsinin genişləndirilməsi istiqamətində təkliflər irəli sürülür. Dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə tələbələr üçün xüsusi güzəşt mexanizmlərinin mövcudluğu bu məsələnin Azərbaycanın gündəliyinə gətirilməsini daha aktual edir.

Bu sözləri deputat Ceyhun Məmmədov tələbələr üçün nəqliyyatda güzəşt imkanlarının gələcəkdə tətbiqi ehtimalından danışarkən deyib.

Deputat bildirib ki, ölkəmizdə bu istiqamətdə müəyyən təhlillər aparılır və proses vaxt tələb etsə də, real perspektiv var:

“Semestrlik paketlər və digər uyğun mexanizmlərin tətbiqi ilə tələbələrə müəyyən endirimlərin verilməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu, vaxt tələb edən bir prosesdir və həmçinin müəyyən maliyyə yükü də mövcuddur. Dövlət qurumları subsidiyaların verilməsi və nəqliyyatda tətbiq olunan güzəştlərlə bağlı müəyyən öhdəliklər daşıyır. Lakin az da olsa, güzəşt tətbiqi gündəmə gətirilə bilər, çünki tələbələrin bu dəstəyə ehtiyacı var.

Ümid edirəm ki, yaxın dövrdə bu istiqamətdə müvafiq addımlar atılacaq”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150