Təşəbbüs Avropadan, istiqamət Bakıdan - Kim kimi yönləndirir?
Təşəbbüs Avropadan, istiqamət Bakıdan - Kim kimi yönləndirir?
"Global Panorama" verilişinin növbəti buraxılışı yayımlanıb.
Bu dəfə proqramda Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi" sammitində Azərbaycanın enerji, diplomatiya və regional sabitlik sahələrində strateji roluna diqqət yetirilib.
Verilişdə qeyd olunub ki, sammitdə Azərbaycanın mövqeyi aydın idi: ölkəmiz təkcə enerji təminatçısı deyil, həm də siyasi sabitliyin və iqtisadi inteqrasiyanın fəal təşəbbüskarı kimi çıxış edir.
Kopenhagen sammitinin nəticələri Azərbaycanın bir neçə istiqamətdə mövqeyini daha da möhkəmləndirib. Azərbaycan Avropa enerji məkanında daha aktiv rol oynamağa başlayıb, regional nəqliyyat və inteqrasiya layihələrinə yeni impuls verilib, diplomatik əlaqələr isə yeni platformalarda genişlənib.
Proqramda vurğulanıb ki, Emmanuel Makronla dialoq, Nikol Paşinyanla müzakirələr, Moldova və Avropa İttifaqı ilə əməkdaşlıq siqnalları Azərbaycanın artıq danışıqlardan kənarda deyil, əksinə, proseslərin mərkəzində olduğunu nümayiş etdirib.
Bildirilib ki, bu gün Azərbaycan yalnız enerji daşıyıcısı deyil, həm də enerji siyasətinin formalaşmasında aparıcı rola malikdir. Kopenhagen sammiti Azərbaycanın xarici siyasətində yeni bir etimad mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.
Azərbaycan özünü həm Avropa üçün strateji tərəfdaş, həm də regionda sülhün əsas təşəbbüskarı kimi təqdim edib. Bu, ölkəmizin diplomatik xəttinin gücünü və perspektivlərini bir daha təsdiqləyib.
Avropa bu gün sabitlik və enerji təhlükəsizliyi üçün yeni tərəfdaşlar axtarır. Lakin reallıq göstərir ki, o tərəfdaş artıq çoxdan mövcuddur - Azərbaycan.
Sülh təşəbbüslərindən tutmuş enerji xəritəsinə qədər bu gün Avropanın nəbzi Bakının ritmində döyünür.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"