Üç milyon avroluq yeni avtomobil təqdim olundu
Üç milyon avroluq yeni avtomobil təqdim olundu
Almaniya şirkəti "Capricorn", ilk növbədə, yüksəksəviyyəli yarış avtomobilləri üçün ehtiyat hissələrinin istehsalı ilə tanınır. Lakin indi şirkət "Capricorn 01 Zagato" adlı ilk avtomobillini hazırlamaq qərarına gəlib.
Bu barədə auto.ru məlumat yayıb.
Məlumata görə, bu modeldən cəmi 19 ədəd hazırlanacaq. Hər birinin qiyməti 3 milyon avrodan başlayacaq.
Avtomobil karbon lifli korpusa malikdir. O, "Brembo" əyləcləri və 21 düymlük təkər diskləri, həmçinin 900 at gücü hasil edən 5,2 litrlik kompressorlu "Ford V8" mühərriki ilə təchiz edilib.
Superkarın çəkisi 1227 kiloqramdır və təxmini maksimal sürəti 350 km/saatdır.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...