Telefon
WhatsApp
Üç strateji marşrut: Biri Zəngəzur... - Yılmaz
300 X 250 Reklam Alanı

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəngəzur dəhlizini Anadolu bölgələrinin gələcək inkişafını stimullaşdıracaq əhəmiyyətli nəqliyyat və logistika marşrutu hesab edir.

Axar.az Yeni info.az xəbər verir ki, Diyarbəkir vilayətinə səfəri zamanı C.Yılmaz Türkiyənin şərqi və cənub-şərqini beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya etmək planlarını açıqlayıb.

“Bu kontekstdə üç strateji logistika marşrutu diqqət çəkir. “İnkişaf Yolu” layihəsi: Türkiyədən tutmuş İraqın cənubuna qədər, bu yalnız Yaxın Şərqdən yük daşınması üçün deyil, həm də enerji daşıyıcılar təchizatı üçün vacibdir. Digəri Türkiyə ilə türk dövlətləri arasında birbaşa əlaqə təmin etməklə Orta Dəhlizi gücləndirmək üçün nəzərdə tutulmuş Zəngəzur dəhlizi, nəhayət, Suriya marşrutu, yəni Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanının Hicaz bölgəsini birləşdirən Hicaz dəmir yolunun bərpası”, - deyə siyasətçi qeyd edib.

O vurğulayıb ki, hər üç təşəbbüs təkcə iqtisadi baxımdan deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir:

“Əminəm ki, logistika marşrutlarının və ticarət dəhlizlərinin inkişafı həm Türkiyənin, həm də bütövlükdə regionun rifahının yaxşılaşdırılmasına yönəlib. Heç bir region qonşuları ilə güclü ticarət əlaqələri olmadan davamlı inkişafa nail olmaq mümkün deyil”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150