Uitkoff: Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyiş qeydə alınıb
Uitkoff: Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyiş qeydə alınıb
ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzzadakı atəşkəs sazişinin birinci mərhələsinin icrasında irəliləyişlər barədə məlumat veriblər.
Bu barədə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun “X” hesabında paylaşdığı birgə bəyanatda deyilir.
Sənədə əsasən, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri cümə günü Florida ştatının Mayami şəhərində Qəzza atəşkəs sazişinin birinci mərhələsinin icrasını qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar.
"Birinci mərhələ humanitar yardımın artırılması, girovların cəsədlərinin geri qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlərə səbəb olub", - bəyanatda deyilir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək