Ukrayna bir gecədə 28 gəmini vurdu: Rusiya…
Ukrayna bir gecədə 28 gəmini vurdu: Rusiya…
Ukrayna ordusu Azov dənizində bir gecə ərzində Rusiyaya məxsus təxminən 28 gəmini vurub.
Yeni info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) məlumat yayıb.
PSQ komandanı Robert Brovdi bildirib ki, hazırda əlavə kəşfiyyat aparılır və yekun rəqəm arta bilər.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroq yaxınlığındakı boğazda dörd gəminin zərər gördüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərbə nəticəsində zədələnən gəmilərdən ən azı biri tankerdir, bir dənizçi ölüb.
Ukrayna tərəfi həmçinin bildirib ki, son altı gün ərzində Rusiyanın “kölgə donanması”na məxsus ümumilikdə 76 tanker vurulub.
Eyni zamanda, “Reuters“ agentliyinin yaydığı məlumata görə, Ukrayna dronlarının kütləvi hücumundan sonra Rusiya Azov-Don gəmi kanalını bağlayıb.
Agentlik qeyd edir ki, Rusiya Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən kanal üzrə gəmilərin keçidi üçün yeni müraciətləri qəbul etmir. Məlumata görə, Kerç boğazında da gəmi hərəkəti müvəqqəti dayandırılıb.







Oxşar -Yeniinfo.az
Min raket İranı hədəfə alıb – Tramp
Ukrayna bir gecədə 28 gəmini vurdu: Rusiya…
Tramp: "İrana görünməmiş zərbə barədə göstəriş vermişəm"
Ərdoğan Livanın Baş nazirini qəbul etdi
Suşidən 19 nəfər zəhərləndi
Rusiya Odessaya qanadlı raketlərlə hücum etdi
İran nüvə obyektlərini təmir edir - Peyk görüntüləri yayıldı
İran: ABŞ ilə danışıqlar istəməmişik