Ukrayna bir ildə 50 milyard dollardan çox xarici yardım alıb
Ukrayna bir ildə 50 milyard dollardan çox xarici yardım alıb
2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər Ukrayna 52 milyard dollar xarici maliyyə yardımı alıb. Bunun 22,9 milyard dolları dondurulmuş Rusiya aktivlərindən əldə olunub.
Bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.
Avropa İttifaqı və G7 ölkələri ERA proqramı çərçivəsindəki 30 milyard dollarlıq paylarını demək olar ki, tam istifadə edib. ABŞ isə Donald Trampın hakimiyyətə gəlməsindən sonra birbaşa maliyyəni dayandırıb. 2024-cü ilin noyabr-dekabr aylarında Kiyev 16,1 milyard dollar alıb, əsasən sosial öhdəliklərə xərclənib.
Ukrayna, həmçinin daxili borclanmanı artırıb — son 12 ayda bu məbləğ 2,9 milyard dollar təşkil edib və üçdə ikisi son altı ayda yaranıb.
Oktyabrın əvvəlində Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Ukraynaya dəstəyi artıq təxminən 175-180 milyard avroya çatıb və gələcəkdə artmağa davam edəcək.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?