Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində “Patriot” hava hücumundan müdafiə sisteminə alternativ olaraq daha ucuz və daha geniş yayılmış “Freya” anti-ballistik raket sistemi üzərində işləyir.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bu, Avropa modelidir. Bu sahədə ilk görüşümüz Fransada keçiriləcək. Bu, tezliklə baş tutacaq. Məqsədimiz liderləri toplamaq, şirkətləri bir araya gətirmək, “Freya” adlı birgə Avropa anti-ballistik raket sisteminin istehsalı üçün müvafiq layihəni təqdim etməkdir”, - prezident söyləyib.
Zelenski qeyd edib ki, nəzəri olaraq, Ukrayna “Freya”nı özü yarada bilər, lakin bu, daha çox vaxt - illər tələb edəcək.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski