Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib
Ukraynanın müdafiə sənayesi müharibə sayəsində unikal üstünlük əldə edib – istehsalçılar yeni silahları real döyüş şəraitində sınaqdan keçirə, hərbçilərdən operativ rəy ala və bir neçə gün ərzində lazımi dəyişikliklər edə bilirlər. Məhz bu təcrübə hazırda NATO ölkələri və Qərbin müdafiə sənayesi şirkətləri tərəfindən diqqətlə öyrənilir.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri NATO nümayəndələrinə, Ukraynanın silah istehsalçılarına və dövlət rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, döyüş meydanında vəziyyət sürətlə dəyişdiyi üçün yeni texnologiyalar cəmi bir neçə həftə ərzində aktuallığını itirə bilər. Buna görə də Ukrayna hərbçilərlə istehsalçılar arasındakı əlaqəni maksimum dərəcədə qısaldıb.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali komandanının müavini Con Strinqerin sözlərinə görə, məhz belə yüksək innovasiya sürəti hazırda Qərb ölkələrində çatışmır.
Onun sözlərinə görə, Ukraynada yeni texnologiyaların tətbiqi və uyğunlaşdırılması prosesi illərlə deyil, həftələrlə aparılır.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski