Ukrayna nümayəndə heyəti bu gün ABŞ-a gedir, “sülh planı” müzakirə ediləcək
Ukrayna nümayəndə heyəti bu gün ABŞ-a gedir, “sülh planı” müzakirə ediləcək
Ukrayna nümayəndə heyəti bu gün ABŞ-a gedərək “sülh planı”nı müzakirə edəcək.
Bu barədə Politico ortalı məlumat yayıb.
Məlumata görə, bu gün Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-a yollanacaq və orada Amerika həmkarları ilə Ukraynada müharibənin dayandırılması üçün təklif olunan “sülh planı”nı müzakirə edəcək.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən bildirib ki, nümayəndə heyətinə Umerov rəhbərlik edəcək. Bu, onun Ukraynanın Qərb müttəfiqləri ilə əsas əlaqələndirici sayılan baş müşaviri Andrey Yermakı vəzifədən azad etməsindən sonra baş verib.
Politiconun yazdığına görə, Zelenski danışıqlar aparan heyət qarşısında aydın bir vəzifə qoyub — müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq.
Bu tapşırığın icrası üçün Ukraynalı rəsmilər Floridada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər.
Ukrayna nümayəndə heyətində Umerovla yanaşı, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da olacaq.
Danışıqlarda həmçinin Cenevrədə keçirilmiş görüşün nəticələri müzakirə ediləcək və razılaşdırılacaq.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf