Ukrayna raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var
Ukrayna raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var
Rusiya silahlı qüvvələrinin səhər saatlarında Xarkovda hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində həlak olanların və uşaqlar da daxil olmaqla çoxlu sayda xəsarət alanların olduğu bildirilir.
Xarkov meri İqor Terexovun hücumlar nəticəsində üç nəfərin həlak olduğunu bildirib.
Bundan başqa altısı uşaq olmaqla 17 nəfərin də yaralandığı bildirilir.
Xatırladaq ki, gecə saatlarında Xarkovda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir 13 yaşlı qız da daxil olmaqla 11 nəfər xəsarət alıb.
***
Rusiya ordusu avqustun 17-də Ukrayna ərazisini pilotsuz təyyarələr və raketlərdən atəşə tutub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin öz “Telegram” kanalında məlumat verilib.
Gecə boyu PUA və raket hücumları nəticəsində təkcə Xarkovda xəsarət alanların sayı 11 nəfərə çatıb. Məlumata görə partlayışlar nəticəsində 10-dan çox hündürmərtəbəli yaşayış binası və 5 avtomobil zərərə görüb.
Bundan başqa Sumı, Dnepropetrovsk, Çerniqov vilayətləri, Odessa şəhəri PUA və raket hücumlarına məruz qalıb.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...