Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Ukrayna Silahlı Qüvvələri düşmənin əhəmiyyətli üstünlüyünə baxmayaraq, innovasiya, inteqrasiya və adaptasiya sayəsində Rusiyanın işğalını dayandıra və cəbhəni sabitləşdirə bilib.
Axar.az Yeni info.az xəbər verir ki, bunu Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri general Şon Klensi bildirib.
“Hamımız ilk günləri xatırlayırıq, burada çox da uzaq olmayan ərazilərdə Rusiya tankları Kiyevə doğru irəliləyirdi. O andan indiki vəziyyətə qədər Ukraynanın keçdiyi yol döyüş meydanındakı nailiyyətlərin parlaq nümunəsidir. Bilirəm ki, burada bir çox general dözümlülük, həmçinin taktiki və ya hətta operativ səviyyə barədə danışa bilər. Amma mənim fikrimcə, Ukraynanın uğurlarının ən vacib elementi innovasiya, inteqrasiya və adaptasiyadır”, – deyə o vurğulayıb.
Generalın sözlərinə görə, Ukraynanın həm texnika, həm də canlı qüvvə baxımından daha məhdud resurslara malik olmasına baxmayaraq, Ukrayna xalqı innovasiyaları tətbiq etmək, onları inteqrasiya etmək və qarşılıqlı fəaliyyət göstərmək, eyni zamanda daim uyğunlaşmaq bacarığı sayəsində rusları üstələyib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi