Ukrayna Rusiyanın nəhəng neft anbarını vurdu
Ukrayna Rusiyanın nəhəng neft anbarını vurdu
Ukrayna dronları Rusiyanın Krasnodar diyarında yerləşən Tixoretsk rayonundakı neft anbarına zərbələr endirib.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində “Tixoretsk-Nafta" MMC-nin yükləmə məntəqəsinə məxsus neft anbarındakı çənlərdə yanğın baş verib.
Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsinin mütəxəssisləri də daxil olmaqla, 83 nəfər və 26 texnika cəlb edilib.
Xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, “Tixoretsk” neft mərkəzi Rusiyanın cənubundakı ən böyük neft yükləmə məntəqələrindən biridir. Krasnodar ərazisində yerləşir və "Transneft" şirkətinin törəmə müəssisəsi olan “Tixoretsk-Nafta” MMC tərəfindən idarə olunur. Obyekt böyük bir neft anbarı və aşırma terminalıdır.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi