Ukrayna Rusiyanın zəif nöqtəsini tapdı
Ukrayna Rusiyanın zəif nöqtəsini tapdı
Son həftələrdə Ukrayna Rusiyanın hərbi təchizat zəncirlərinə qarşı daha uzunmüddətli və koordinasiyalı hücumlar həyata keçirməyə başlayıb. Əgər əvvəlki zərbələr Ukraynanın pilotsuz uçuş aparatları sistemlərinin imkanlarını nümayiş etdirmişdisə, hazırkı "logistika blokadası" kampaniyası Rusiyanın hərbi təchizat və yanacaq təminatı zəncirlərini məqsədyönlü və koordinasiyalı şəkildə iflic etməyə yönəlmiş cəhd kimi qiymətləndirilir.
Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSİ) hazırladığı hesabatda bildirilib.
Qeyd olunub ki, "logistika blokadası" Rusiyanın arxa cəbhə müdafiəsində ciddi zəiflikləri üzə çıxarıb. Eyni zamanda, bu kampaniya infrastruktur obyektlərinə belə hücumların həm praktiki, həm də siyasi məhdudiyyətlərini də göstərib.
Hesabatda vurğulanıb ki, Ukrayna son kampaniya zamanı əsas diqqətini Krım ətrafındakı Rusiya logistika marşrutlarına, xüsusilə də Rusiyanın Rostov vilayətindən işğal olunmuş ərazilər vasitəsilə Krıma uzanan R-280 "Novorossiya" avtomobil yoluna bitişik hissələrə yönəldib. Bu magistral tammiqyaslı müharibə başlayandan bəri dəfələrlə hücuma məruz qalan Kerç körpüsünə alternativ təchizat marşrutu hesab olunur.
RUSİ-nin hesabatında əlavə edilir ki, Rusiya bu logistika marşrutlarını cəbhədən uzaqda yerləşdiyi üçün təhlükəsiz hesab edirdi. Lakin Ukrayna göstərib ki, Rusiyanın arxa cəbhəsi də hücumlar qarşısında həssas ola bilər.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski