Telefon
WhatsApp
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
300 X 250 Reklam Alanı

Rusiyaya məxsus Voronej Yarımkeçirici Cihazlar Zavodunun 900 kilometrdən çox uçuş məsafəsinə malik yeni ERAM qanadlı raketləri ilə hücuma məruz qaldığı ehtimal edilir.

Axar.az Yeni info.az xəbər verir ki, bu barədə “Defense Express” (DE) analitik layihəsinin məlumatında bildirilir.

Bəyan edilib ki, X-101 və R-500 qanadlı raketləri üçün elektron komponentlər istehsal edən zavoda adı açıqlanmayan qanadlı raketlərlə zərbə endirilib. Bu isə hücumun hansı silahla həyata keçirildiyi barədə müxtəlif fərziyyələrin və nəzəriyyələrin yaranmasına səbəb olub.

Analitiklərin fikrincə, əsas versiyalardan biri zavodun Böyük Britaniya və Fransanın istehsalı olan, Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə qarşı dəfələrlə istifadə etdiyi “Storm Shadow” qanadlı raketləri ilə vurulmasıdır.

Lakin DE vurğulayır ki, adətən “Storm Shadow” raketlərindən istifadə edildikdə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bunu açıq şəkildə bildirir. Bu dəfə isə istifadə olunan zərbə vasitəsi barədə məlumat verilməyib.

“Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalında olan, lakin hələlik rəsmi şəkildə elan edilməmiş başqa vasitələrin istifadə edildiyi ehtimalını yaradır”, - analitiklər söyləyiblər.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbələri endirib

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150