Ukrayna ən böyük müttəfiqlərini itirir - Mettiyuz
Ukrayna ən böyük müttəfiqlərini itirir - Mettiyuz
Ukrayna Rusiya ilə müharibənin üçüncü və ən çətin qışından yaralı, lakin sınmamış vəziyyətdə çıxır.
Bunu "Spectator"un köşə yazarı Ouen Mettiyuz deyib.
"Ukrayna xalqı sübut etdi ki, Putinin qoşunları ölkənin istilik, nəqliyyat və enerji infrastrukturunun əhəmiyyətli hissələrini məhv etsə, belə onlar dözə və mübarizəni davam etdirə bilər. Lakin bir şey var ki, Ukrayna onsuz dayana bilməz: pul. Və məhz bunu AB indi təmin etmək iqtidarında deyil. Avropa Şurasının sammiti Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya 90 milyard avroluq maliyyələşdirmə paketinə qoyduğu vetosunu yenə də ləğv edə bilmədi. Bu maliyyə “yastığı” olmadan Kiyevin yayın əvvəlinə qədər dövlət qulluqçularının maaşlarını ödəmək, hərbi texnika almaq və ordunu saxlamaq üçün vəsait çatışmazlığı ilə üzləşəcəyi gözlənilir. Bununla belə, Ukraynanın hərbi səylərini təhlükə altına qoyan yeganə amil Orban deyil. Bəzi Avropa ölkələri Kiyevə əvvəlki güclü dəstəyindən uzaqlaşır və Rusiya ilə münasibətləri bərpa etməyə meyllənir. Ukrayna uzun, soyuq və qaranlıq qışdan sınmadan sağ çıxdı. İndi Kiyevin əsas vəzifəsi dost və müttəfiqlərinin bir-birinin ardınca tədricən geri çəkilməsindən sonra ayaqda qalmaqdır", - o bildirib.







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!