Ukraynada Su-24M qəzaya düşdü, ölənlər var
Ukraynada Su-24M qəzaya düşdü, ölənlər var
Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Xmelnitski vilayətində hərbi təyyarəsi qəzaya uğrayıb.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin rəsmi “Telegram” kanalında bəyanat yayılıb.
Bəyanatda bildirilir ki, hadisə iyunun 16-sı saat 19:00 radələrində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin ekipaj üzvləri – pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.
Hazırda təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. İlkin məlumatlara görə, qəza zamanı mülki əhali arasında xəsarət alan olmayıb







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək