Ukraynada təhsil alan azərbaycanlı tələbələr çətinliklərlə üz-üzə qalıblar
Ukraynada təhsil alan azərbaycanlı tələbələr çətinliklərlə üz-üzə qalıblar
Üç ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu səbəbdən Ukrayna universitetlərində təhsil alan tələbələr çətinlik çəkirlər.
Onlar məcbur qalaraq təhsillərini onlayn formada davam etdirirlər. Lakin həmin tələbələrə hərbi xidmətdən möhlət verilmir, Azərbaycandakı universitetlərə də transfer ola bilmirlər. Yəni onlar ya Ukraynaya getməlidirlər, ya da əsgərliyə. Tranzit yolu ilə Ukraynaya getmək istəyən tələbələr isə ölkəyə buraxılmırlar.
Təhsil eksperti Kamran Əsədov deyir ki, Ukraynada əyani şəkildə təhsil alan oğlan tələbələrə hərbi xidmətdən möhlət verilməməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, əgər tələbə xarici ölkədə əyani təhsil alması ilə bağlı sənədi komissarlığa təqdim edibsə, ona möhlət verilməlidir.
Möhlət hüququ məsələsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirməyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən tələbələrin Azərbaycan universitetlərinə transferi ilə bağlı bildirilib ki, köçürülmə prosesi yay tətili dövründə həyata keçirilir və tələbələr həmin dövrdə müraciət edə bilərlər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu