Ukraynadan Rusiyaya təklif: Bu əraziləri vurmayaq!
Ukraynadan Rusiyaya təklif: Bu əraziləri vurmayaq!
Ukrayna Avropaya Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib və bunun üçün kiçik addımdan – hava limanlarına qarşılıqlı zərbələrin dayandırılmasından başlamağı irəli sürüb.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Politiko” nəşrinə bildirib.
Qeyd olunub ki, bu atəşkəs variantı Avropa liderlərinə diplomatik prosesdə konkret rol verə bilər. Çünki ABŞ-ın rəhbərliyi altında Moskva ilə Kiyev arasındakı danışıqlar zəifləyib və Rusiya Prezidenti Vladimir Putin müharibənin daha geniş şəkildə dayandırılması ilə bağlı razılaşmaya xüsusi maraq göstərmir.
“Yəqin ki, Avropaya bizim sülh səylərimizdə yeni rol lazımdır. Ola bilsin ki, biz hava limanları üzrə atəşkəsə nail olmağa çalışaq”, – deyə Sibiqa vurğulayıb.
O əlavə edib ki, Putinin belə razılaşmada iştirak etmək üçün motivasiyası ola bilər, çünki Moskvanın Şeremetyevo və Sankt-Peterburqun Pulkovo hava limanı kimi iri nəqliyyat qovşaqları Ukraynanın uzaqmənzilli hücumlarına qarşı getdikcə daha həssas olur.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı