Telefon
WhatsApp
Ukraynanın bu silaha sahib olmasını istəmirlər - Zelenski
300 X 250 Reklam Alanı

Təkcə Rusiya deyil, digər bəzi ölkələr də Ukraynanın ballistik raketləri ələ keçirə biləcək zenit-raket kompleksi yaratmasını istəmir.

Axar.az Yeni info.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna ballistikasını təkcə Rusiya istəmir. Rusiya – məlum səbəblərə görə, amma təkcə Rusiya deyil, digər ölkələr də istəmir. Səbəblər biznesdə, rəqabətdədir”, - o qeyd edib.

Dövlət başçısı bildirib ki, hazırda Ukrayna Avropa antiballistik sisteminin yaradılması ideyasını irəli aparmağa çalışır. Onun sözlərinə görə, İsveç bu təklifə razılıq verən ilk ölkə olub.

Zelenski əlavə edib ki, Ukrayna payıza qədər layihəyə daha bir neçə ölkəni cəlb etməyə və antiballistik sistemin yaradılması üzrə praktiki işlərə başlamağa ümid edir.

Qeyd olunub ki, hazırda dünyada yalnız altı ölkə müasir ballistik raketləri ələ keçirə bilən öz zenit-raket komplekslərinə malikdir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150