"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.
Metronun "Ulduz" stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.
Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.
Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeyd olunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.
Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu