Umerov Zelenskini Ağ Evin "sülh paketi" ilə tanış edəcək
Umerov Zelenskini Ağ Evin "sülh paketi" ilə tanış edəcək
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rustem Umerov bu gün Ukrayna ilə bağlı sülh sazişinin bütün detallarını Prezident Volodimir Zelenskiyə izah edəcək.
Bu barədə R.Umerov öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin ABŞ səfərində məqsəd Rusiyanın təklifləri barədə tam informasiya əldə etməkdir.
Umerov Zelenskini Ağ Evin sülh paketi ilə tanış edəcək.
10:28
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidentinin onu məyus etdiyini bildirib.
Bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, Ukrayna rəhbəri Volodimir Zelenskinin ABŞ Administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması layihəsini hələ də oxumamasına təəssüflənir.
"Deməliyəm ki, Zelenskinin bizim təklifləri hələ də oxumamasından məyusam", - deyə o vurğulayıb.
D.Tramp onu da əlavə edib ki, Ukrayna prezidentinin ətrafı ABŞ rəhbərliyinin irəli sürdüyü layihədən çox razıdır, Zelenski isə hələlik detallarla tanış olmadığından, "ona kiminsə izahat verməsi lazım gələcək".
Xatırladaq ki, ötən ay Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı 28 bəndlik layihə irəli sürüb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək