Urmiya gölündəki duz fırtınalarının qonşu ölkələrin ekologiyasına mümkün təsiri açıqlanıb
Urmiya gölündəki duz fırtınalarının qonşu ölkələrin ekologiyasına mümkün təsiri açıqlanıb
Urmiya gölünün davamlı quruması və duz konsentrasiyasının duz fırtınalarının yaranmasına səbəb ola, bunun nəticələri İranla məhdudlaşmaya və Türkiyə, İraq, Gürcüstan və Azərbaycan kimi ölkələrə də təsir edə bilər.
Bunu Təbriz Universitetinin Su təsərrüfatı fakültəsinin müəllimi Əhməd Fəxrifərd bildirib.
Urmiya gölündəki böhranın miqyasından danışan Təbriz Universitetinin professoru xəbərdarlıq edib ki, bu problem artıq sadəcə yerli və ya milli ekoloji çətinlik olmaqdan çıxıb və ictimai, hətta beynəlxalq problemə çevrilib.
Onun fikrincə, Urmiya gölünə təxminən 3,5 milyard kubmetr su daxil edilsə də, tam bərpası ən azı 14 il çəkəcək. Ümumiyyətlə, çoxillik zərərdən sonra kövrək ekosistemin bərpası səbir, elmi siyasətin davamlılığı və icra orqanları ilə elmi-tədqiqat qurumları arasında konsensus tələb edir.
"Aparılan tədqiqatlara əsasən, gölün minimal ekoloji dayanıqlılığını qorumaq üçün ən azı 2,3 milyard kubmetr su ilə təmin edilməsi lazımdır", - Ə. Fəxrifərd qeyd edib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu