Uşakov: Putin Uitkoff danışıqlarında hələlik heç bir kompromis əldə edilməyib
Uşakov: Putin Uitkoff danışıqlarında hələlik heç bir kompromis əldə edilməyib
“Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub”.
Bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı açıqlaması zamanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib:
"Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər".
Uşakov ABŞ-ın Ukrayna ilə bağlı sülh təklifi haqqında da danışıb. Bildirib ki, Rusiya bu təklifdə nə iləsə razılaşmağa hazırdır.
"Təklifdə nələrsə tənqidə səbəb olub. Lakin faydalı müzakirə baş tutdu", - o deyib.
Uşakov qeyd edib ki, Vladimir Putin Trampa Uitkoff vasitəsilə salamlarını, eləcə də bir sıra siyasi siqnalları çatdırıb.
O əlavə edib ki, Ukrayna böhranının həlli ilə bağlı ABŞ tərəfindən işlənmiş bəzi materiallar müzakirə edilə bilər.
Uşakovun sözlərinə görə, Rusiya prezidenti ilə Uitkoff arasındakı görüşdə konkret ifadələr deyil, ABŞ sənədlərində qeyd olunanların mahiyyəti müzakirə olunub.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..