Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi
Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi
San-Paulu Universitetindən olan braziliyalı alimlərin araşdırmasına görə, əgər valideynlər oturaq həyat tərzi keçirirlərsə, uşaqların onlardan nümunə götürmək ehtimalı yüksəkdir.
Araşdırma "Sports Medicine and Health Science" jurnalında dərc olunub.
Eksperimentdə 6-17 yaş arası 182 uşaq və onların valideynləri - 161 ana və 136 ata iştirak edib.
Valideyn orta intensiv fiziki aktivliyə həftədə150 dəqiqə ayırırdısa, aktiv hesab olunurdu. Bütün qruplarda oturaq vaxt üzrə yüksək səviyyə qeydə alınıb. Orta hesabla həm uşaqlar, həm də onların valideynləri az hərəkətsiz vəziyyətdə gündə 8-9 saat vaxt keçiriblər.
Alimlər o qənaətə gəliblər ki, valideynlərin fiziki fəaliyyət səviyyəsi uşaqların vərdişlərinə birbaşa təsir edə bilər. Başqa sözlə, valideynlər daha aktiv olduqda, onların uşaqlarının uzun müddət oturaq vəziyyətdə qalma ehtimalı azalır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu