Üzərində Şumaxer və Hemiltonun imzası olan avtomobil hərraca çıxarılıb
Üzərində Şumaxer və Hemiltonun imzası olan avtomobil hərraca çıxarılıb
Əbu-Dabidə məşhur "McLaren F1"in ən nadir nümunələrindən biri satışa çıxarılıb.
Satışı həyata keçirən "RM Sotheby's" hərrac evinin məlumatına görə, bu superkar bir sıra səbəblərə görə unikal sayıla bilər: Məsələn, o Bruney sultanının kolleksiyası üçün hazırlanıb. Avtomobil iki "Formula-1" çempionunun imzalarını daşıyır.
Superkarın 21 milyon dollardan baha satılacağı gözlənilir.
Bu avtomobil mövcud 64 "McLaren F1"dən 14-cüdür. İlkin olaraq 1994-cü ildə istehsal edilən kupe 2006-cı ildə "McLaren" fabrikində əsaslı təmir olunub. Yenidənqurma işlərinə yarım milyon dollardan çox vəsait xərclənib. 1996-cı ildə Mixael Şumaxer, 2007-ci ildə isə Lyuis Hemilton avtomobilin üzərinə öz imzalarını atıblar.
Superkar 22 min kilometrdən bir qədər çox tol qət edib və hazırda əla vəziyyətdədir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...