Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər
Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər
Tərkibində gingerol maddəsi olan zəncəfilin tromb əleyhinə təsiri elmi cəhətdən sübut olunub. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta (tromb) əmələ gətirməsinin qarşısını alır.
Bu barədə Pirogov Universitetinin Daxili xəstəliklər propedevtikası kafedrasının həkimi və dosenti Elvira Xaçirova "Gazeta.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, zəncəfilin tromb əleyhinə təsiri bir neçə mexanizmlə izah olunur:
"Zəncəfil trombositlərin aqreqasiyasının qarşısını alır. Trombositlər bir-birinə yapışaraq laxta əmələ gətirir, gingerol isə bu prosesi zəiflədir və trombotik kütlənin həcmini azaldır. Lakin nəzərə almaq lazımdır ki, zəncəfilin antitrombotik təsiri yalnız müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir. Birdəfəlik qəbul zamanı isə bu effekt gözlənilmir".
Mütəxəssis qeyd edib ki, zəncəfil orta dərəcədə tromboz riski olan şəxslərin qida rasionuna daxil edilə bilər. Bu qrupa oturaq həyat tərzi sürən insanlar və varikoz xəstəliyindən əziyyət çəkənlər daxildirlər.
Bununla yanaşı, Elvira Xaçirova bəzi kateqoriyalı şəxslərin həkimlə məsləhətləşmədən zəncəfil qəbul etməməli olduqlarını vurğulayıb:
"Artıq antikoaqulyant preparatlar qəbul edən xəstələr, hamilə qadınlar (xüsusilə, üçüncü trimestrdə olanlar), eləcə də mədə-bağırsaq problemləri yaşayan şəxslər zəncəfildən ehtiyatla istifadə etməlidirlər. Kəskin mərhələdə olan mədə xorası kimi xroniki xəstəliklər zamanı isə qanaxma riskinin artması səbəbindən zəncəfilin rasiona daxil edilməsi tövsiyə edilmir".
Sağlam insanlar üçün təhlükəsiz doza kimi həftədə 2-3 dəfə çaya 2-3 dilim təzə zəncəfil əlavə edilməsi məsləhət görülür. Toz halında zəncəfil istifadə edilərkən isə gündəlik dozanın bir çay qaşığından artıq olmaması tövsiyə olunur.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçuşlar edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB